World Expo sərgiləri

World Expo sərgisi nədir?

160 ildən çoxdur ki, təhsili, yeniliyi və əməkdaşlığı təbliğ etməklə, Ümumdünya Ekspo sərgiləri cəmiyyəti bəşəriyyətdə baş verən dəyişiklikləri daha aydın şəkildə görməyə və çətin dönəmlərdən rahat keçməyə yardımçı olur.

Sənaye inqilabının ilk dövrləri ilə eyni vaxtlarda təşkil edilən erkən Expo sərgiləri ölkələrə öz mədəniyyətlərini və qüdrətlərini nümayiş etdirmək, memarlıq və texnoloji şücaətlərini sərgiləmək imkanı verirdi. Telefon, yazı makinası və lift kimi ixtiralar, Eyfel Qülləsi və Azadlıq Heykəli kimi son memarlıq yenilikləri ilk dəfə məhz Ekspo sərgiləri zamanı nümayiş etdirilmişdir.

Hazırda Ümumdünya Ekspo sərgiləri yalnız sənaye sahəsinin inkişafı və ölkənin təbliğatı xarakterini daşımır. Onlar müasir dünyamızın ümumbəşəri problemlərinin həlli yollarının axtarılması istiqamətində müzakirə mərkəzlərinə  çevrilib.

Qapılarını milyonlarla qonağın üzünə açan Ümumdünya Ekspo sərgiləri,  bir çox ölkələrə  gözəl pavilyonlar tikmək imkanı yaratmaqla yanaşı, eyni zamanda, şəhərin simasını dəyişən, onun mənzərəsinə gözəllik qatan yeniliklərə də səbəb olur.

Ekspo Milan 2015-də Azərbaycan Pavilyonu

Beynəlxalq Sərgilər Bürosu (BSB)

Beynəlxalq Sərgilər Bürosu (BSB) 1928-ci ildə yaradılmışdır. Büro,  Ümumdünya Sərgisi (World Expo), İxtisaslaşdırılmış Sərgi (Specialized Expo, Bağçılıq Sərgisi (Horticultural Expo) və Triennale di Milano olan dörd beynəlxalq sərginin keçirilməsi ilə məşğuldur:

BSB-yə hazırda 170 dövlət üzvdür. Burada, hər bir ölkədən dövləti tərəfindən təyin olunmuş ən çoxu üç nümayəndə,  BSB-nin Baş Məclisi və Komitələri vasitəsilə qərar qəbul edilməsi proseslərində iştirak edirlər. Üzvlər sərgilərin keçiriləcəyi şəhərlərin seçimindən başlayaraq, orada sərgilərin təşkilinin aparılması, miras və ən xırda məsələlərə qədər nəzarət edirlər. 

BSB haqqında əlavə məlumat alın

Azərbaycan və Ekspo hərəkatı

Azərbaycan ilk dəfə olaraq Ekspoda 2000-ci ildə iştirak etmişdir. 2008-ci ildən bu günədək isə ölkəmiz BSB-nin tam hüquqlu üzvüdür.  

2015-ci ildə Milan şəhərində keçirilən Expo sərgisində mükafat qazanmış “Biomüxtəliflik Xəzinəsi” pavilyonumuz, qonaqlar arasında böyük nüfuza sahib olunmuş və mətbuat tərəfindən “son dərəcə şahanə” kimi göstərilmişdir. Altı ay ərzində üç milyondan çox qonağı qəbul etmiş pavilyon hazırda Bakının sahil parkında quraşdırılır və ictimaiyyət üçün daimi tədris və əyləncə mərkəzinə çevriləcək.

Bu il Astanada keçirilən İxtisaslaşdırılmış sərgiyə (Astana Ekspo 2017) təşrif buyurmuş qonaqlar Azərbaycanın son, “Odlar Yurdu: keçmişdən gələcəyə daşınan enerji” pavilyonunu ziyarət etmək imkanı əldə ediblər. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, bu pavilyon sərgi dizaynına görə BSB-nin Gümüş mükafatına layiq görülüb.

Ekspo Astana 2017-də Azərbaycan Pavilyonu