Expo sərgisinin ərazisi

Dünyanın ən yeni şəhər parkı

Bakı Ekspo 2025 üçün nəzərdə tutulmuş ərazi Bakı şəhərinin şərq hissəsində yerləşir.  Şəhərin iki qəsəbəsi arasında yeni torpaq ərazisində salınacaq və  200 hektar sahəni əhatə edəcək bu məkan tam yenidən qurulmuş nəqliyyat infrastrukturu ilə Bakı şəhərinin davamı da hesab oluna bilər. Bura dünyada yeni şəhər parkı olması ilə yanaşı, eyni zamanda,  ölkə əhalisi və şəhərimizə təşrif buyuran qonaqlar üçün də  əvəzsiz miras olacaq. 

Mövzunun fiziki təcəssümü

“İnsan kapitalını inkişaf etdirərək, daha gözəl gələcək quraq” mövzusu fərdi düşüncələrin bir araya gəlməsində, onların ümumi müzakirəsində, global əlaqələrin qurulmasında  və birgə addımların atılmasında müstəsna rol oynayacaq. Yüksək nöqtədən baxarkən,  ərazi   Azərbaycan Respublikasının Dövlət gerbi olan səkkizbucaqlı ulduz şəklində görünəcək. Ölkəmizi bütün dünyada tanıdan xalçalarımızın həndəsi naxışları isə, meydanların və istirahət yerlərinin dizaynına xüsusi gözəllik verəcək. Ərazinin mərkəzində yerləşəcək əsas  bina – Azərbaycan Milli Pavilyonu – park və ərazini gəzən qonaqlar üçün əsas ziyarət məkanı olacaq.

Bakı Expo 2025-in ərazi planı

Davamlı irs

“İnsan kapitalını inkişaf etdirərək, daha gözəl gələcək quraq” mövzusu çərçivəsində Bakı Ekspo 2025 sərgisinin ərazi, şəhərdaxili digər ərazilərin funksionallığına, eləcə də sakinlərin və qonaqların daim faydalanacaqları daimi bir məkana çevriləcək.  

Miras olaraq, sərgi öz işini bitirdikdən sonra istifadə olunmuş ərazi böyük bir park olaraq da fəaliyyətini davam etdirə bilər. Daimi sərgi evinə çevrilərək Azərbaycan Milli Pavilyonunda isə 1991-ci ildən, ölkəmizin müstəqilliyini bərpa etdiyi tarixdən ötən dövr ərzində iqtisadi, siyasi, sosial və humanitar sahələrdə əldə edilən uğurları barədə məlumatları əks etdirən eksponatlarla ziyarətçiləri maarifləndirəcək.