Bizim mövzu

İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq

Bizim təqdim etdiyimiz mövzu – “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” adlanır. Qlobal əhəmiyyətə malik bu mövzu,  hər bir fərdə, cəmiyyətə, eyni zamanda,  ölkəyə öz müsbət təsirini göstərəcək.

Yaradıcılığımız və biliklərimiz, istedad və təcrübəmiz, amalımız və arzularımız ilə insan kapitalı bizim birgə potensialımızdır.

Bakı Ekspo 2025,  cəmiyyətin hər bir sahəsinin insan intellektindən yaralanmasına və faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə mühüm şərait yaradacaq.

Əlavə olaraq təqdim etdiyimiz üç alt mövzumuz – İstedad, Sağlamlıq və Nailiyyət – Birləşmiş Millətlər Təşkilatının müvafiq Dayanıqlı İnkişaf Məqsədləri  ilə əlaqəlidir.

İstedad: Təhsilin gələcəyi

İmkanlar sonsuzdur, lakin onların hər birinə  yalnız təhsilin inkişafı, istedadın üzə çıxması və biliklərin mənimsənilməsi ilə nail olmaq mümkündür.  Bakı Ekspo 2025, təhsil vasitəsilə insan kapitalımızın potensialından maksimal dərəcədə yararlanmağın yollarına dair qlobal anlaşma əldə etmək üçün şərait yaradacaq.

Sağlamlıq: Səhiyyənin gələcəyi

İşləmək bacarığı, uzun, mənalı və sağlam ömür sürmək hər bir insanın haqqı və gələcək nailliyətlərinin bünövrəsidir. Bakı Ekspo 2025 insan sağlamlığının möhkəmləndirilməsi və yeniliklərin mənimsənilməsi istiqamətində mühüm addım olacaq. 

Nailiyyət: Məşğulluğun gələcəyi

İnsan çalışdığı hər bir sahədə inkişafa və səmərəli  nəticənin əldə olunmasına can atır.  Lakin, müasir dövrdə əksər  sahələrin avtomatlaşdırıldığı bir zamanda,  işçi qüvvəsinin gələcək inkişafı barədə necə danışmaq olar?

Bakı Ekspo 2025, şəxsi, cəmiyyət və qlobal səviyyədə davamlı nailiyyətlətin əldə olunması üçün mühüm müzakirələrin aparalıcağı məkana çevriləcək.