Kitabçamız

Ümumdünya EKSPO sərgilərinin fəlsəfəsi Azərbaycanda təcəssüm edir və dəyərlərimiz, həmçinin tariximiz EKSPO hərəkatının dəyərləri və tarixinə olduqca münasibdir. Ölkəmiz bir çox din və mədəniyyətlərin cəmləşdiyi məkan olmaqdan qürur hissini keçirir. Əsrlər boyu Azərbaycan qitələrin və mədəniyyətlərin astanasında yer tapmış, müxtəlif təbəqələrə aid olan insanları bir araya gətirmişdir.

“EKSPO 2025 Bakı” ümumdünya sərgisi iki yeni ünsürün təklif edildiyi innovativ və rəqabət qabiliyyətli layihədir: indiyədək tədqiq edilməmiş (və keçirilmiş EKSPO sərgilərində  müraciət edilməmiş) ümumbəşəri insan kapitalı mövzusu və  ümümdünya EKSPO sərgiləri üçün alternativ məkan.

Zəngin mədəniyyətə malik olan və müasirləşən bir ölkə kimi Azərbaycan, dünyamızı yaşamaq üçün daha yaxşı məkana çevrmək üçün insan bacarığının ən münasib səpkidə tətbiqi yollarını araşdırmaq məqsədilə dünya xalqlarını bir araya gətirəcək.

Kitabçaya nəzər salın

Rəmzimizin məntiqi açıqlanması

Brendimiz ölkəyə məxsus topoqrafiya və mədəniyyətimizə aid olan, bayrağımızın boyandığı qırmızı, mavi və  yaşıl rəng çalarlarını özündə ehtiva edən və bizi daha geniş anlamda tanıdan kimliyin bir hissəsidir.

Rəmzimiz, fərdi, toplu və ümumbəşəri səviyyədə təzahür edən insanlıqdan qaynaqlanır, mərkəz Bakıdan açılan Odlar Yurdu, Xəzər Dənizi və İnsanları Birləşdirən istiqamətlərə ayrılır.

Logo Development Diagram AZ