BSB Qiymətləndirmə Missiyası Ekspo Bakı ərazisinə baş çəkir

BSB Qiymətləndirmə Missiyası Ekspo Bakı ərazisinə baş çəkir

Aprel ayının 18-i, həftənin çərşənbə günü BSB-nin Qiymətləndirmə Missiyası Ümumdünya Ekspo 2025 Bakı üçün təklif edilmiş ərazidə olmuşdur. Ərazi Bakıdan 20 km şərqdə yerləşir və sürətli nəqliyyat xəttləri vasitəsilə şəhərin mərkəzi ilə birləşəcək.

BSB heyətinə ərazi ilə bağlı təklif edilən, ənənəvi Azərbaycan tərtibatları ilə müasir yanaşmanın vəhdəti olan plan təqdim edilmişdir. Ərazinin tam dövlət mülkiyyətində olması, Ümumdünya Ekspo sərgisinə 2025-ci ildə en sahibliyi nəticəsində hazırda istifadəsiz torpağın abadlaşdırılması və Azərbaycanın paytaxt şəhərinin təbii yolla genişlənməsinin bir hissəsinə çevrilməsi izah edilmişdir.

Ümumdünya Ekspo 2025 Bakı sərgisindən sonra bu ərazi yeni şəhər parkı və istirahət məkanı və Azərbaycan üçün yeni milli muzeydən ibarət olan bir sıra irsi əlamətlərləri özündə ehtiva edən kompleks kimi fəaliyyət göstərəcək və onun yerli sakinlər, həmçinin beynəlxalq turistlər arasında tanınması gözlənilir.