Ekspo 2025 Bakı heyəti gənc Azərbaycanlılarla Bakının Ümumudünya Ekspo sərgisinə ev sahibliyi etmək imkanlarından bəhs edir

Ekspo 2025 Bakı heyəti gənc Azərbaycanlılarla Bakının...

Bakının Ekspo 2025 Ümumdünya sərgisinə ev sahibliyə namizədliyini irəli sürmüş heyət Ümumdünya Ekspo sərgisinə ev sahibliyinin gənclər və Azərbaycan üçün hansı mənanı kəsb etməsini müzakirə etmək məqsədilə  2018-ci il aprelin 10-da ölkədəki universitetlərə səfərlər proqramını davam edir.
 
Bakının namizədliyi istiqamətində çalışan heyət ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universiteti kimi ali təhsil müəssisələrində indiyədək 1,000 tələbə ilə görüşərək təqdimatlar keçirib.
 
Təqdimatlar zamanı Ekspo 2025 Bakı üzrə mövzunu seçmiş heyətin rəhbərləri “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu, həmçinin səhiyyənin, təhsilin və məşğulluğun gələcəyi alt-mövzularının əhəmiyyəti haqqında danışmışdılar.
 
Heyət, tələbələrin Ekspo 2025 Bakı Ümumdünya sərgisinin yaratdığı imkanların onlara nələri təklif etməsi və şəhərin namizədliyinə dəstəklərini nümayiş etdirmək üçün bu təşəbüsə necə qatıla bilmələrinə dair suallarını cavablandırmışdır.