“EKSPO” simaları: Lalə Əsgərova, həris şagird

“EKSPO simaları” Bakının “EKSPO 2025” ümumdünya sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləyən Azərbaycanlıların simasını və mövqeyini təsvir edən məqalələr silsiləsidir. Bugün haqqında bəhs edəcəyimiz sima “25-lər Qrupunun” üzvü və ADA Universitetinin birinci kurs tələbəsi, 18 yaşlı Lalə xanım Əsgərovadır.

Salam. Adım Lalədir və ADA Universitetində informasiya texnologiyaları ixtisası üzrə təhsil alıram. Eyni zamanda, universitetimizdə təhsil alan tələbələrin fikir və ideyalarını təmsil edən və universitetimizin idarə edilməsinə cəlb olunmuş Magistr Tələbə Hökumətinin vitse-prezidentiyəm.

İstər fotoşəkillərin və rəsmlərin çəkilməsi, istərsə də fransız dilinin öyrənilməsi və dünya ölkələri ilə bağlı daha çox məlumatın əldə edilməsi kimi qarşıma məqsədlər qoymaqdan xoşum gəlir. Xəbərcanlıq və bilik həvəsi, həmçinin qətiyyətli davranmaq xüsusiyyətlərimi yalnız öz üzərimdə gündəlik qaydada işləmək deyil, həmçinin dünyanı daha yaxşı etmək üçün dəyişə və inkişaf etdirə bilən layihələrə töhfə vermək naminə tətbiq etmək istərdim.

Azərbaycan müxtəlif mədəniyyətlər və ənənələrin bir-birinə qovuşduğu ölkədir və “EKSPO 2025 Bakı” layihəsi beynəlxalq qonaqları ölkəmizdə qarşılamaq və Azərbaycanın zəngin mədəniyyətini və tarixini onlara çatdırmaq baxımından böyük bir imkandır. Həmçinin insanlara bir araya gəlmək və təhsilin, səhiyyənin gələcəyini araşdırmaq, müzakirə etmək və təkmilləşdirmək naminə, beləliklə, dünyanın müxtəlif yerlərindən olan insanların inkişaf edə və müsbət nəticələrə nail ola bilmələrinə imkan yaratmaq istrədim.