EKSPO simaları: Fatimə Məsimli, iqtisadiyyat ixtisasını seçmiş tələbə

“EKSPO simaları” Bakının “Ekspo 2025” ümumdünya sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləyən Azərbaycanlıların simasını və mövqeyini təsvir edən məqalələr silsiləsidir. Bugün haqqında bəhs edəcəyimiz sima “25-lər Qrupunun” üzvü və iqtisadiyyat ixtisası üzrə təhsil alan ikinci kurs tələbəsi, 20 yaşlı Fatimə xanım Məsimlidir.

Salam. Adım Fatimədir və Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan ikinci kurs tələbəsiyəm. Təhsilimlə yanaşı Azərbaycan gəncinə özünü inkişaf etdirmək üçün təbirlər təşkil edən “İrəli” İctimai Bİrliyində könüllülər layihəsinin meneceriyəm.

Azərbaycanda aldığım təhsilimi və əldə etdiyim imkanları cəmiyyətə töhfə verən fəal şəxs kimi formaşalmağımda tətbiq etmək itəyriəm.   Qeyri-neft məhsullarının ixracını stimullaşdıran biznes ideyanı yaratmaqla Made in Azerbaijan 2017 biznes ideya müsabiqəsinin finalınadək yüksəlmişdim. Universitetlərin, nazirliklərin və digər təşkilatların Azərbaycanda təşkil etdikləri çoxsaylı tədbirlərdə iştirak etmək və bu tədbirlərdən örnək götürmək, nəticədə ölkəmizə müsbət təsir göstərmək əzmindəyəm.

Düşünürəm ki, “EKSPO 2025 Bakı” layihəsi nəticəsində gənclər dünyanı fərqli etmək üçün öyrənmək həvəsində olacaqlar. Azərbayan, Avropa Oyunları kimi irimiqyaslı tədbirlər vasitəilə insanları bir araya gəlməsinə nə dərəcədə böyük səylər göstərdiyini artıq nümayiş etdirib və “EKSPO 2025 Bakı” beynəlxalq sərgisində digər ölkələrlə insanlara özlərini dorultmaq və cəmiyyətə fayda vermək baxımından təhsildə imkanların yaradılması səpkisində fikirlərimizi bölüşmək iqtidarında olacağıq.