Beynəlxalq “Cənub-Cənub” Əməkdaşlığı günü

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) inkişaf edən ölkələr arasında həmrəyliyin qeyd edildiyi Beynəlxalq “Cənub-Cənub” Əməkdaşlığı günüdür.

Bakının “EKSPO 2025” ümumdünya sərgisinə ev sahibliyinə namizədliyi üzrə İşçi Qrup inkişaf edən ölkələrin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (UNSDGs) nail olmaq üçün biliklərlə və resurslarla bölüşmək səylərini alqışlayır.

Qlobal Cənub kimi tanınan bu əməkdaşlıqda uzun sürən fəal itirakçılıq tarixçəsinə malik olan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev əhalinin savad dərəcəsini artırmaqla və yoxsulluq səviyyəsini minimuma endirməklə sosial rifahın yüksəlməsinə verdiyi töhfəyə görə “Cənub-Cənub” mükafatı ilə təltif edilib.

Bu təcrübə, “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun rəvac tapmasına təkan verir. İnkişaf edən ölkə olaraq Azərbaycan Qlobal Cənub çərçivəsində bir şox ölkə ilə əməkdaşlıq edib və son illər onlara yardım göstərib. Bakı “EKSPO 2025” ümumdünya sərgisinin keçiriləcəyi məkanın baş planı, bütün ölkələr və xalqlara münasib gələn, inkişaf edən ölkələr üçün planlaşdırılmış yardım zərfi ilə birlikdə ümumdünya “EKSPO” sərgisinin ümumbəşəri xarakter alması niyyətimizi təmin edən əməkdaşlıq qruplarını yaratmaq məqsədilə tərtib edilib.