“EKSPO 2025 Bakı” Xəzər sahilinin təmizlənməsi beynəlxalq aksiyasına qatılmışdır

2018-ci ilin 15 sentyabr tarixində “EKSPO 2025 Bakı” layihəsi beynəlxalq sahil-təmizləmə günü əsnasında 9-cu il keçirilən “Xəzər dənizi sahilinin təmizlənməsi” aksiyasında iştirak etmişdir. Tədbirin təşkilatçıları arasında həmçinin Coca-Cola və Azərbaycanın digər aparıcı şirkətləri var idi.

600-dan çox iştirakçı Bakıdan şimal-şərq istiqamətdə Xəzir Dənizinin sahilində yerləşən Bilgəh çimərliyinin tullantı və qəlpələrdən təmizlənməsinə yardım etmişdir. “EKSPO 2025 Bakı” layihəsinin 25 nəfərdən ibarət gənc üzvü tədbirdə iştirak etmiş, yerli ətraf mühitin mühafizəsinə və hifz edilməsinə böyük şövqlə yanaşmışdır.

Azərbaycan ekoloji dayanıqlığa məsuliyyətlə yanaşır və son doqquz il ərzində Xəzər Dənizinin sahil zolağının təxminən 40 hektarlıq ərazisi 32 ton tullatıdan təmizlənərək yerli vəhşi canlılar üçün təhlükəsiz məskunlaşmaya çevrilmiş və hər kəsin zövq alacağı təmiz çimərliklərin yaranmasına səbəb olmuşdur.