Bakı qiymətlər baxımından münasib ümumdünya “EKSPO” sərgisini təcəssüm etdirir

The Economist Group media şirkətinin The Economist Intelligence Unit (EIU) proqnoz və məsləhət xidmətləri bölməsinin 2018-ci il üçün yaşayış minimumu məlumatları Bakının qonaqlar üçün əhəmiyyətli iqtisadi faydasından xəbər verir.

BakınınEKSPO 2025” ümumdünya sərgisinə ev sahibliyinə namizədliyi çərçivəsində bəyan edilib ki, iştirakçıların 90%-ə qədəri İnkişaf Edən Ölkələr üçün kompleks Yardım Zərfindən (PADC) yararlanacaq; EİU-nun yaşayış minimumu məlumatları isə bu yardım zərflərinin dəyərinin Bakıda daha bariz təmin edilməsindən bəhs edir. Elektrik enerjisi, elektron malların, ərzaq və içkilərin qiyməti, üstəlik yaşayışla təmin olunma (yerləşmə) xərcləri baxımından Bakının təmin etdiyi dəyərin daha yüksək olacağına, real ifadədə PADC üzrə dəyər artımına dəlalət edir.

İnkişaf edən ölkə, bir zamanlar xarici yardım resipiyenti, indi isə qlobal miqyasda bir çox humanitar yardım və inkişafa yardım layihələrini icra edən donor ölkə olaraq, Azərbaycan EIU-nun xərclər təhlilindən irəli gələrək PADC çərçivəsində böyük iqtisadi stimul təminatından əmindir. Belə ki, hətta yardıma uyğun gəlməyən ölkələr proqramların qurulması və icrası, işçi heyətin formalaşması və yaşayışla təmin olunma baxımından büdcələrinin artmasının şahidi olacaqlar.