Dövlət Turizm Agentliyinin Şurasının rəhbəri Forbes jurnalına müsahibə verib

Fuad Nağıyev, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Turizm Şurasının sədri bu həftə Forbes jurnalının müsahibi qismində Azərbaycanın turizm potensialının gerçəkləməsi haqqında açıqlama verib.

Cənab Nağıyevin fikrincə, Azərbaycanın ən böyük cazibə qüvvələrindən biri ölkənin zəngin mətbəx ənənələrindən və mədəniyyət mövzusunda ekskursiyalardan başlayaraq butiklərdən alış-veriş və ecazkar dağlardan keçən piyada marşrutlarınadək turistlərin ürəyinə yatacaq bir sıra təəssüratlardır. O, yeni iş yerlərinin yaradılması, həmçinin yerli əhalinin gəlir və sərvətinin artması ilə turizmin ölkə iqtisadiyyatına verdiyi töhfəni qeyd etmişdir.

Azərbaycan, digər sahələrlə yanaşı, turizm də daxil olmaqla iqtisadiyyatının şaxələndirilməsi istiqamətində işlər görür. Bu səyləri dəstəkləmək naminə “ASAN viza” sistemi işə salınıb və 2025-ci ilədək birbaşa təyyarə reysləri coğrafiyasının 100 ölkəyədək genişləndirilməsi planlaşdırılır. 2017-ci ildə 2.5 milyondan çox turist Azərbaycana gəlmişdir və bu il ölkəyə təşrif buyuracaq şəxslərin sayında növbəti yüksəliş gözlənməklə artıq 2018-ci ilin yanvar-iyul ayları arasında bu göstərici 10% artmışdır.

Bakının “Ekspo 2025” ümumdünya sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı bu ilin noyabr ayında gözlənilən səsvermənin nəticələri Azərbaycanın leyihə olduqda sərgi çərçivəsində 5.2 milyon xarici turistin ölkəyə gəlişi gözlənilir.